Bu gün UEFA Millətlər Liqasının I turunda növbəti oyunlar keçiriləcək.
“İki sahil” xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutacaq.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edəcək. Qrupun digər matçında Xorvatiya və Avstriya komandaları üz-üzə gələcəklər.
4-cü qrupda isə Belçika və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Qazaxıstanın, Slovakiya isə Serbiyada Belarusun qonağı olacaq.
UEFA Millətlər Liqası
I tur
A Liqası
1-ci qrup
22:45. Fransa - Danimarka
22:45. Xorvatiya - Avstriya
4-cü qrup
22:45. Belçika - Niderland
C Liqası
3-cü qrup
18:00. Qazaxıstan - Azərbaycan
22:45. Belarus - Slovakiya
D Liqası
1-ci qrup
20:00. Latviya - Andorra
22:45. Lixtenşteyn - Moldova
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA YEKUN VURULUB