"Neftçi" klubunu tərk edən ilk futbolçu bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Qeyd edilib ki, Huqo Basto "Neftçi" ilə vidalaşıb.
Paytaxt təmsilçisi ilə müqaviləsi başa çatan 29 yaşlı müdafiəçi hazırda digər təklifləri nəzərdən keçirir.
Qeyd edək ki, portuqaliyalı oyunçu 2021-ci ildən "Neftçi"nin formasını geyinib.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib