“Fənərbaxça” portuqaliyalı mütəxəssis Jorje Jesusla danışıqlara başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytının yaydığı açıqlamada bildirilib. 67 yaşlı mütəxəssisin artıq İstanbula gəldiyi də qeyd edilib. Bu gün məşqçi ilə klub rəhbərliyinin danışıqları canlı olaraq davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, Portuqaliyanın bir neçə klubunu çalışdırmış Jesusun son klubu 2020/21 mövsümündə “Benfika” olub.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib