01 iyun 2022 11:22
669

İtaliya Argentina ilə üz-üzə

Bu gün son Avropa çempionu İtaliya millisi və Amerika Kubokunun son qalibi Argentina yığması arasında "Finalissima" oyunu oyun keçiriləcək.

“İki sahil” xəbər verir ki, görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılşamada əlavə vaxt oynanılmayacaq. Əsas vaxtda qalib müəyyənləşməsə, birbaşa penaltilər seriyası keçiriləcək.

Finalissima

1 iyun

22:45. İtaliya - Argentina

Baş hakim: Pyero Masa (Çili)

London, "Uembli" stadionu