"Barselona"nın baş məşqçisi Xavi Ernandes bu yay heyətdə əhəmiyyətli dəyişikliklər edəck.
“İki sahil” xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Klub prezidenti Joan Laporta Xaviyə komandanın yenidən qurulacağına görə söz verib. O deyib: "Narahat olmayın, transferlər olacaq".
Qeyd olunur ki, Xavi Kataloniya təmsilçisinin düşdüyü iqtisadi çətinliyi anlayır, lakin Laportanın dediklərinə də inanır.
Daha əvvəl bildirilmişdi ki, Xavi yayda 8 futbolçu ilə müqavilə imzalamağa və 10-12 futbolçu ilə əməkdaşlığa son qoymağa ümid edir.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib