31 may 2022 17:27
671

Vinisius Junior ən yaxşı gənc oyunçu seçildi

"Real"ın hücumçusu Vinisius Junior Çempionlar Liqasında 2021/2022 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, 21 yaşlı oyunçu Çempionlar Liqasında 13 oyuna çıxıb, 4 qol vurub və 6 qolun ötürməsini verib. Braziliyalı hücumçu turnirin finalında "Liverpul"la matçda (1:0) yeganə qolun müəllifi olub.