31 may 2022 16:44
635

Namiklə Superliqa klubları maraqlanır

Türkiyə Superliqasının bir neçə klubu Azərbaycan millisinin və “Bursaspor”un futbolçusu Namik Ələskərovla maraqlanır. 

“İki sahil” xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçinin meneceri Vaqif Heydərli bildirib. O, oyunçumuzla maraqlananlar olsa, rəsmi təklif gəlmədiyini deyib: 

“Namiqlə Superliqa klubları maraqlanır. Amma hələlik rəsmi təklif yoxdur. Yəqin ki, məsələyə yaxın 5-10 gün ərzində aydınlıq gələcək”. 

Qeyd edək ki, Namikin komandası “Bursaspor” 2021/22 mövsümünün sonunda 1-ci liqada 44 xalla 17-ci yeri tutub və aşağı liqaya yuvarlanıb. Futbolçu ötən ilin yayında bu klubla 2+1 illik müqavilə imzalayıb.