31 may 2022 11:39
563

PSJ Poqbadan imtina etdi

PSJ "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer etməklə bağlı fikrini dəyişib. 

“İki sahil” xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. Paris təmsilçisi əvvəlcə  Poqbanı transfer etmək istəsə də, daha sonra fikrini dəyişib. PSJ 29 yaşlı fransalı oyunçuya onun artıq klubun planlarında olmadığını deyib.

Tərəflər 2 həftə əvvəl görüşərək əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdilər. 

Qeyd edək ki, "Mançester Yunayted"lə müqaviləsi gələn ay başa çatacaq Poqbanın 2012-2016-cı illərdə oynadığı "Yuventus"a keçməsi gözlənilir.