31 may 2022 11:04
702

Millimizin rəqibindən qələbə

Azərbaycanın Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığması komandamızla matç öncəsi yoldaşlıq oyunu keçirib.

“İki sahil” xəbər verir ki, Qazaxıstan millisi “Astana Arena”da ölkənin U-21 komandası ilə qarşılaşıb. A yığması  4:1 hesabı ilə qalib gəlib.

Əsas millinin qollarını Aleksandr Maroçkin (29, 45), Maksim Samorodov (47) və Aleksey Şetkin (81, pen.) vurublar. 

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 3-də "Astana Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.