"Real" mərkəz müdafiəçisi Eder Militao ilə müqaviləni uzadacaq.
“İki sahil” "AS" nəşrinə istinadla xəbər verir ki, braziliyalı oyunçu ilə 2028-ci ilin iyununa qədər qüvvədə olacaq müqavilə imzalanacaq. Artıq tərəflər müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər və yalnız rəsmi açıqlamalar qalıb.
Qeyd edək ki, Militao 2021/2022 mövsümündə La Liqada 34 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib