30 may 2022 21:28
777

Onun "Qızıl top"u qazanacağına heç kimin şübhəsi yoxdur - Messi

PSJ-nin futbolçusu Lionel Messi bu il "Qızıl top"u qazanmağa layiq gördüyü futbolçunun adını açıqlayıb.

“İki sahil” "TYC Sports"a istinadla xəbər verir ki, o, "Real"ın hücumçusu Kərim Benzemanı fərqləndirib: "Onun "Qızıl top"u qazanacağı ilə bağlı kimsənin şübhəsi yoxdur. O, möhtəşəm mövsüm keçirdi. Çempionlar Liqasında mükəmməl oyun nümayiş etdirdi. Bu il "Qızıl top"u Benzema qazanmalıdır".

Qeyd edək ki, Messi 7 dəfə "Qızıl top"un sahibi olub.