30 may 2022 17:29
902

Türkiyə komandası bürünc, Ukrayna isə gümüş medal qazanıb

Türkiyə komandası Bakıda bürünc, Ukrayna isə gümüş medal qazanıb

Atıcılıq üzrə Bakıda keçirilən Dünya Kubokunda bu gün 10 metr məsafəyə tüfəng və tapança atıcılığı üzrə qarışıq komandaların final yarışları başa çatıb. Yarışda Koreya komandası Serbiya komandasını 16:10 hesabı ilə udaraq, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya, Polşa komandaları olub.

“İki sahil” xəbər verir ki,  Türkiyə komandası bu yarışda bürünc medal qazanıb. Digər bürünc medala Serbiya komandası yiyələnib. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə çalan Yunanıstan komandası olub. Ukrayna isə gümüş medal qazanıb.

Bu gün stend atıcılığının səngər növü üzrə də qadın və kişilər arasında final yarışları keçiriləcək.

Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.