“Qarabağ”la müqaviləsi başa çatan iki futbolçu komandadan ayrılacaq.
“İki sahil” xəbər verir ki, bunlar yarımmüdafiəçilər Xayme Romero və Riçard Almeydadır.
Ağdam klubu bu oyunçularla sözləşməni uzatmayacaq. Milliləşdirilərək yığmamıza da cəlb olunan braziliyalı Almeyda 2011-2018-ci illərdə “Qarabağ”da çıxış edib. 33 yaşlı futbolçu 2021-ci ildə yenidən komandaya qayıdıb.
İspaniyalı Xayme Romero isə 2019-cu ildən “Qarabağ”da çıxış edir.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib