Bu gün Çempionlar Liqasında final oyunu keçirilir.
Həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşır. Parisdəki "Stade de Frans" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da, təhlükəsizlik baxımından 23:37-də start götürüb.
Matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
Qarşılaşmanın 59-cu dəqiqəsində İspaniya təmsilçisi Vinisius Juniorun qolu ilə hesabı açııb.
Oyun bu hesabla da başa çatıb.
Qeyd edək ki, indiyə kimi "Real" ÇL-i 13 dəfə, "Liverpul" isə 6 dəfə qazanıb.
28 may
23:37. "Liverpul" (İngiltərə) 0-1 "Real" (İspaniya)
Qol: Vinisius Junior, 59
Paris, "Stad de Frans" stadionu
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib