28 may 2022 23:08
903

Mbappe ilə eyni komandada olsaydıq, müdafiəçilər sevinərdilər

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo Kilian Mbappenin PSJ -də qalmaq qərarını yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, o deyib: "Mbappenin bu qərarı məni təəccübləndirmədi. Bəli, onunla oynamaq istərdim. Məncə, eyni komandada olsaydıq, müdafiəçilər sevinərdilər (gülür). Komandamızda çox yaxşı əhval-ruhiyyə olardı. Düşünürəm ki, oyun üslubumuzla çox yaxşı hücum dueti yarada bilərdik”.

Qeyd edək ki, "Real" Mbappeyə təklif göndərsə də fransalı oyunçu Paris təmsilçisi ilə müqaviləni uzatmağı seçib.