19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanla yoldaşlıq oyunları keçirəcək.
“İki sahil” xəbər verir ki, oyunlar iyunun 7-də və 10-da Qəbələdə olacaq. Bu barədə Qazaxıstan Futbol Federasiyasnın saytı məlumat yayıb.
Rəqib komandanın baş məşqçisi Vahid Məsudov təlim-məşq toplanışı və qarşıdakı matçlar üçün 19 futbolçuya dəvət göndərib.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib