27 may 2022 17:52
953

Volkan Dəmirəl istefa verdi

“Fatih Karagümrük” baş məşqçisi Volkan Dəmirəllə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü açıqlama yayıb. O, klub rəhbərliyi ilə görüşərək, 2024-cü ilədək olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdiklərini bildirib. 

Qeyd edək ki, “Fatih Karagümrük” 2021/22 mövsümündə Super Liqanı 57 xalla 8-ci pillədə başa vurub.