Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycanın karate üzrə kumite komandası yarışda finala yüksəlib.
Mübarizəyə 1/8 finalda start verən yığma ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib. Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət həlledici raunnda Fransa ilə üz-üzə gələcək.
Final qarşılaşması mayın 29-da olacaq.
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib