YAP Tərtər rayon təşkilatı bildirir ki, 20 aprel 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov rayon təşkilatının Hüseynli ərazi partiya təşkilatında partiya fəalları ilə növbəti görüşünü keçirdi.
“İki sahil” xəbər verir ki, öncə görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümumilli lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.
Eldar Əsədov görüşdə çıxış edərək YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Rayon təşkilatının sədri son 19 ildə ölkəmizin siyasi,sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların,dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərdi. O, qeyd etmişdir ki, əldə olunan uğurlarda YAP-ın fəaliyyəti danılmazdır. Çünki , sıralarında 760 mindən çox fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq ölkəmizin ictimai- siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Odur ki, hər bir partiya üzvü partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, Möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında insanlarımızın baş verənlər haqda maarifləndirilməsində daha fəal olmalıdırlar. Eldar Əsədov hər bir partiya üzvünü , eyni zamanda partiya Nizamnaməsi tələblərinə uyğun olaraq üzvlük haqlarının vaxtı- vaxtında ödənilməsinə ciddi fikir verilməsinin ərazi partiya təşkilatlarının əsas vəzifələrindən biri olduğunu qeyd etmişdir.
Görüşdə çıxış edən partiya fəallarından Əhmədova Briliyyant , Quliyev Adil, Əliyev Ramiq , Əhmədov Valeh və Əhmədova Gülüstan Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, hər bir partiya üzvünün bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirirərək, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının sıralarında olaraq Azərbaycanımızın dahada çiçəklənməsi , ölkəmzin beynəlxalq nüfuzunun artırılması üçün xalq- iqtidar birliyinin sarsılmazlığının qorunmasında nümunə olmağı özlərinə şərəf hesab etdiklərini bildirdilər.