11 aprel 2022 18:57
783

“11 aprel 2018-ci il prezident seçkiləri: Lider-Xalq birliyinin təntənəsi” FOTO

YAP Biləsuvar rayon təşkilatında bu mövzuda tədbir keçirilib

Aprel ayının 11-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində “11 aprel 2018-ci il prezident seçkiləri: Lider-Xalq birliyinin təntənəsi” mövzusunda tədbir keçirdi.

“İki sahil” xəbər verir ki,  tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı  aparatının əməkdaşları və ərazi partiya təşkilatı sədrləri iştirak edirdi.

Tədbirin gündəliyində 2 əsas məsələ olub. Bunlar:

- 2018-ci 11 apel tarixində keçrilmiş prezident seçkisindən ötən 4 il ərzində Respublikamızda əldə olunan nailiyyətlər,

- Ərazi partiya təşkilatlarında keçirilmiş hesbat-seçki iclaslarının yekunlarına  dair  məsələlərin müzakirəsi dururdu.

Tədbirin açılışında ilk öncə Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra cənab Prezidentə həsr edilmiş “Zəfərə aparan yol” adlı videoçarx nümayiş etdirildi.

Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək Prezident seçkilərindən ötən 4 il ərzində  ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasınının sədri, Ali Baş Komandan, cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin strateji hədəfləri və onun nəticələri barədə məruzə etdi. Məruzəsində natiq 2003-2018-ci illərdə ölkəmizdə həyata keçirilən sosial siyasət, xalqın rifahının yüksəlməsi istiqamətində atılan addımlar, iqtisadi yüksəliş, hər il daha da artan sosialyönümlü büdcə, davamlı inkişaf, siyasi sabitlik və beynəlxalq arenada əldə olunmuş nəaliyyətlər barədə ətraflı məlumat verərək  bütün bunların  2018-ci ildə Azərbaycan xalqının bir daha Prezident cənab İlham Əliyevə yüksək etimad göstərməsi ilə nəticələndiyini vurğuladı. Ötən 4 ilin bir çox cəhətdən ölkəmiz üçün tarixi nailiyyətlərlə yadda qaldığını qeyd etdi. O bildirdi ki, Prezident cənab İlham Əliyevin tərəqiyə və gələcəyə hesablanmış siyasəti bir daha sübut etdi ki, ötən illər ərzində atılan heç bir addım, deyilən heç bir söz təsadüfi deyil. Cənab Prezidentin apardığı siyasət nəticəsində vətənpərvər, torpağa, xalqa bağlı gənclər yetişdi və xalq-iqtidar birliyi daha da sarsılmaz olaraq 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurdu.

Uğur əldə etmək, nəailiyyət qazanmaq nə qədər çətindirsə, o uğur və nəailiyyəti qoruyub saxlamaq və inkişaf etdirmək daha böyük məsuliyyət və səriştə tələb edir. Bu baxımdan ölkəmizin əldə etdiyi bütün uğurları daha da inkişaf etdirməkdən ötrü Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Partiya üzvlərinə gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı məlumat verən təşkilat sədri hesabat-secki yığıncaqlarının uğurla keçdiyini, YAP rayon təşkilatının 71 ərazi partiya təşkilatında baş tutan iclaslarda ümumilikdə 3000 nəfərdən çox partiya üzvü iştirak etdiyini bildirdi. Hesbat-seçki iclaslarında ərazi partiya təşkilat sədrlərinin hesabatlarının dinlənildiyi, iclas iştirakçıları tərəfindən müzakirə olunan və görülmüş işlər ətraflı təhlil olunaraq qarşıda duran məsələlərlə bağlı təkliflər dinlənilmişdir.

 İclaslarda təşkilati məsələyə baxılmış, ərazi partiya təkilatlarına sədr və müavinlər seçilmişdir. Seçkilərin nəticəsinə əsasən 71 ərazi partiya təşkilatının 12-sində yeni sədr, 34 ərazi partiya təkilatında yeni sədr müavinləri  seçilmişdir. Ərazi partiya təşkilatladından  4-də  sədr vəzifəsinə qadın seçilmişdir. Müavinlərdən isə 11 nəfəri qadın seçilmişdir. Yeni seçilən sədrlərdən 9 nəfəri, sədr müavinlərindən 11 nəfəri gənclərdir. 71 ərazi partiya təşkilatı sədrindən 63 nəfəri ali təhsilli, 7 nəfəri orta ixtisas təhsilli, 1 nəfərsə, orta təhsillidir. Sədr müavinlərindənsə 54 nəfəri ali təhsilli, 12 nəfəri orta ixtisas təhsilli, 5 nəfərsə, orta təhsillidir.

Təşkilat sədri YAP rayon təşkilatının fəaliyyətinin yenidən təşkili ilə əlaqədar görülmüş işlərdən, qarşıdakı hesabat ilində bu istiqamətdə həyata keçirilməli olan tədbirlrədən danışdı. Mövcud  nöqsan və çatışmazlıqları qeyd edən Kamil Qurbanlı onların aradan qaldırılmasından ötrü təşkilati işlərin görüləcəyini, partiya intizamının təmin olunmasından ötrü zəruri olan fəaliyyətin ardıcıllıqla icra olunacağını ərazi partiya təşkilatı sədrlərinin diqqətinə çatdırdı. Bundan başqa  iclasda  partiyanın rayon təşkilatının növbəti hesabat ilində görəcəyi işlər, həyata keçirəcəyi tədbirlər barədə məlumatlandırıldılar.

K.Qurbanlı hesabat-seçki yığıncaqlarının gedişində ərazi partiya təşkilatlarının fəaliyyətində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasından ötrü tapşırıq və tövsiyyələrini iclas iştirakçılarının diqqətinə çatdırdı.

Partiyanın Sədri cənab İlham Əliyevin partiyanın bu gün daha da möhkəmlənməsi istiqamətində  həyata keçirdiyi siyasət və ideologiya həm də partiya fəaliyyətinin strateji əhəmiyyətindən, ölkəmizin gələcək inkişafına verəcəyi yeni-yeni töhvələrdən xəbər verdiyini vurğuladı. Partiyada VII Qurultaydan sonra həyata keçirilən yeniliklər hər bir partiya üzvündən fəallıq, partiyanın işində daha  yaxından  iştirak tələb etdiyini, partiya  rəhbərliyinin həyata keçirdiyi təşkilati tədbirlər partiyanın hər bir üzvünün daha əzmlə fəaliyyət göstərmələrinə stimul verdiyini qeyd etdi.

Partiyanın Rayon təşkilatının əməkdaşı Əjdər Niftiyev cıxış edərək müzakirə olunan məsələlərə münasibətini ifadə etməklə təkliflərini bildirdi.

Tədbirin sonunda iclas iştirakçıları ilə xatirə şəkli çəkdirildi.