11 aprel 2022 21:10
772

Azərbaycan uğurlu inkişafını davam etdirir

11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkisində Azərbaycan xalqı öz Prezidentinə və iqtidarına inamını və güvənini bir daha rəsmiləşdirərək cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçdi. Xalqımız  bir daha sürətli  hərtərəfli inkişafa, sabitliyə, uğurlu daxili və xarici siyasətə səs verdi. Xalqımız Umumilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkəmizin dinamik inkişafını, uğurlu daxili və xarici siyasətini müəyyənləşdirən və həyata keçirilməsinin təmin edən  Liderinə, onun hərtərəfli düşünülmüş müdrik siyasətinə səs verdi. Ötən  4 il ərzində  cənab Prezidentin bilavasitə rəhbərliyi ilə müəyyənləşdirdilən və həyata keçirilən daxili və xarici siyasət Azərbaycana böyük uğurlar qazandırmışdır.

2003-cü ildən başlayaraq cənab Prezident tərəfindən yeni tarixi şərait, reallıqlar müdrikcəsinə qiymətləndirərək müəyyənləşdirilən və həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın  hərtərəfli, sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ötən illər ərzində  cənab Prezidentin rəhbərliyi ilə  Azərbaycan çox böyük uğurlara imza atmışdır. Əlbətdə bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində  ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən böyük qələbsidir. Bu qələbə bütünlükdə azərbaycan xalqının, lider-xalq, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu göstərdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç bir vaxt bu qədər güclü olmamışdır.

2018-ci ildən başlayaraq sosial sahədə aparılan islahatların yeni mərhələsi başlanıb və bu proses davam edir. Cənab Prezidentin imzaladığı müvafiq Fərman və Sərəncamlara əsasən bu ilin yanvarın 1-dən etibarən ölkədə minimum əmək haqqı 250 manatdan 300 manata çatdırılıb, müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20% artırılıb. Eyni zamanda sosial müavinətlər, pensiyalar və təqaüdlər artırılmı.dır. Ümumilkidə qeyd olunan Fərman və Sərəncamlarla maaş artımı 2,1 milyondan çox şəxsi, soaial müavinətlərin və təqaüdlərin artımı isə 732 min şəxsi əhatə edir. Bu məqsədlər üçün illik əlavə olaraq 1,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtətəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və süveren, yüksək beynəlxalq nüfuza malik  olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına  2019-2022-ci illərdə sədirlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

2021-ci ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın rəmzi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasında olan əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır.

22 fevral 2022-ci il tarixdə Moskva şəhərində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafında , iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanmasında böyük əhəmiyyətə malikdir. Bu Bəyannamə iki ölkənin birgə fəaliyyətlərinin bütün əsas sahələrini əhatə edən şox mühüm və geniş bir sənəddir.

Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən COVID-19 koronavirus pandemiyasına baxmayaraq, ərazisinin 20%-nin işğal altında olan, 1mlilyondan çox məcburi kçkün və qaçqınları olan  Azərbaycanda əldə olan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Dünya Bankının “Doing Business” hesabatında reytinqə görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni  islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdədə, hökumətin siyasi sabitliyi təmin etməsi üzrə  11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı göstəricilərdə yüksəkdir. Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə   12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerlərdədir.  İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş,həm daxili həm xarici siyasət, 44 gün davam edən və Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar , sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan   uğurlar imkan verir ki, gələcəkdə də Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etsin.

Rauf Əliyev, 
Milli Məclisin deputatı