Brüssel görüşündə əldə olunan razılaşmaları Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması baxımından yeni mərhələnin başlanğıcı hesab etmək olar. Prezident İlham Əliyevin həmişə təklif etdiyi, irəli sürdüyü sülh modeli təkcə Azərbaycan üçün deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.
Görüşlə bağlı səsləndirilən yekun bəyanatda “Dağlıq Qarabağ” ifadəsinə, işğalın və münaqişənin davam etdiyi 30 il ərzində müsbət rol oynamayan Minsk Qrupunun həmsədrlik institutuna heç bir istinad yoxdur. Bu, çox vacib amildir. Çünki vaxtilə həlli Minsk Qrupuna həvalə olunmuş münaqişəni Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq güc yolu ilə özü həll etdi və BMT-nin müvafiq qətnamələrinin icrasını yerinə yetirdi. Yekun sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, keçmişin qalığı olan ATƏT MQ həmsədrlik institutina istinadın olmaması bir daha təsdiqləyir ki, artıq Avropa İttifaqı da 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir. Digər tərəfdən münaqişə artıq həll olunduğuna görə ATƏT Minsk qrupu da lazımsız təsisata çevrilib və Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.
6 aprel görüşünün üçtərəfli əsasda 4 saat yarımdan artıq davam etməsi müzakirələrin detallı getdiyini göstərir. Bu görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması üçün iki ölkənin Xarici İşlər Nazirliyinə müvafiq təlimatın verilməsi bu görüşün real nəticələrə hesablandığını göstərir. Sülh razılaşmasının əsas komponenti isə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Digər vacib məqam Avropa İttifaqının qərəzsiz mövqeyi və hər iki tərəfin bu quruma etimadının olmasıdır. Bu isə Brüssel formatının yeni mexanizm kimi Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları ehtiva etməsi baxımından vacib amildir. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir, danışıqların bu mərhələyə çatmasında bu dialoqun əhəmiyyətli rolu var. Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir və Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud olan real vəziyyət elədir ki, yeni reallığı qəbul etdimək olduqca çətindir. Amma həyata keçirilən siyasət nəticəsində dünya reginda y aranmış yeni geosiyasi reallığı qəbul edib. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur. Brüssel görüşünün nəticəsi də bunun təsdiqidir.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri