04 aprel 2022 18:10
2005

Əhalinin sosial rifahının yaxşılaşdırılması həyata keçirilən siyasətin mərkəzində dayanır

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən islahatların nəticələrini vətəndaş öz üzərində görür və bunu dövlət başçısının yüksək diqqət və qayğısı kimi qiymətləndirir. Bu da oz novbəsində Xalq-Prezident, Xalq-İqtidar birliyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində insanların sosial rifah halının durmadan yaxşılaşır. Xüsusilə şəhid ailələrinə və ərazi bütövlüyümüzün təmin olunması uğrunda sağlamlıqlarını itirənlərə, həmçinin aztəminatlı ailələrin problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilib. Ölkə Pezidenti görülən işlərin müqayisəsini də açıqlayıb: «Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır”.  Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin kateqoriyadan olan minlərlə insanın sosial vəziyyəti daha da yaxşılaşır.

44 gün davam edən Vətən müharibəsində Qalib Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Rəşadətli əsgər və zabitlərimiz  addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini darmadağın edərək canları bahasına torpaqlarımızı işğaldan azad etdilər. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Beləliklə, xalqın iradəsini ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edildi.

Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövlətimizin qüdrətinin artması bizi şanlı Zəfər qazandırdı.

Qarabağ Azərbaycandır!

Ülkər Məmmədzadə, 

6-saylı ASAN-xidmət mərkəzinin mütəxəssisi