13 mart 2022 21:10
953

Azərbaycan güləşçisi 42 saniyəyə qızıl medal qazandı

Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, 86 kq-dakı Abubakr Abakarov finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.

Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.