Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
“İki sahil” xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı rumıniyalı Kristian Biro ilə qarşılaşıb.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Hacıyev qızıl medal qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) bürünc medala sahib çıxıb.