13 mart 2022 20:50
806

"Neftçi" qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki,  "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Görüşdə hesabı 17-ci dəqiqədə Emin Mahmudov açıb. "Gənclik şəhəri" təmsilçisi 24-cü dəqiqədə Rəhim Sadıxovun qolu ilə tarazlığı qoyub. Oyunda son nöqtəni də Emin Mahmudov qoyub. 82-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.

84-cü dəqiqədə qonaqların heyətində Sadıxov zədələnərək meydanı tərk edib.

Bu nəticədən sonra xallarını 34-ə çatdıran "ağ-qaralar" 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 13 xalla yeddincidir.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" isə "Sabah"a 1:0 hesabı ilə qalib gəlib. Bu gün keçirilməli olan "Qəbələ" - "Zirə" matçı isə güclü qar səbəbindən 65-ci dəqiqədə dayandırılıb. Martın 14-nə təxirə salınanan qarşılaşma saat 12:30-da qaldığı dəqiqədən davam etdiriləcək.