13 mart 2022 18:03
600

"Neftçi" - "Sumqayıt" oyununun başlama saatı dəyişdirilib

"Neftçi" və "Sumqayıt" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur oyununun başlama saatı dəyişdirilib.

“İki sahil” PFL-in saytına istinadla xəbər verir ki, buna turun “Qəbələ” - “Zirə” matçının əlverişsiz hava şəraitinə görə dayandırılması səbəb olub.

Turun son matçı saat 18:15-də deyil, 18:45-də start götürəcək.

Qeyd edək ki, Qəbələdəki görüş 65-ci dəqiqədə dayandırılıb.