13 mart 2022 17:34
910

Fərid Qayıbov bölgələrdəki klub və dərnəklərin fəaliyyəti ilə maraqlanıb

Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhərində, Ağstafa, Göygöl, Ucar, Şəmkir, Goranboy, Qazax və Tovuz rayonlarında səfərdə olub.

“İki sahil” xəbər verir ki,  nazirlikdən verilən məlumata görə, F.Qayıbov səfər çərçivəsində həmin bölgələrdəki Gənclər Evlərinin fəaliyyəti ilə tanış olub.

Nazir klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb.