12 mart 2022 23:13
1037

“Qarabağ” qalib gəldi

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində Ağdamın “Qarabağ” klubu Bakının “Sabah” komandasının qonağı olub.

“İki sahil” xəbər verir ki, “Bank Respublika Arena” heçirilən oyun saat 19:00-da start götürüb.

Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov və İnqilab Məmmədovdan ibarət hakimlər briqadasının idarə etdiyi matçın 30-cu dəqiqəsində qonaqların futbolçusu Abdullah Zubir hesabı açaraq qarşılaşmada vurulan yeganə qolun müəllifi olub.

Azərbaycan Premyer Liqası

19-cu tur

12 mart (şənbə)

19:00. “Sabah” 0–1 “Qarabağ”

Qol: Abdullah Zubir, 30 (0-1)

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov

“Bank Respublika Arena”