12 mart 2022 19:19
869

“Keşlə” “Səbail”i darmadağın etdi

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Səbail" "Keşlə"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, “ASCO Arena”da baş tutan qarşılaşmanın 17-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Pərviz Azadov hesabı açıb. 21-ci dəqiqədə isə Rəhman Hacıyev fərqi 2 topa çatdırıb.

Görüşdə son nöqtəni 90+5-ci dəqiqədə Turan Vəlizadə qoyub – 0-3.

Azərbaycan Premyer Liqası

19-cu tur

12 mart (şənbə)

16:45.“Səbail” 0–3 “Keşlə”

Qol: Pərviz Azadov, 17 (0:1), Rəhman Hacıyev, 21 (0:2), Turan Vəlizadə, 90+5

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu

“ASCO Arena”