12 mart 2022 17:38
877

Jozef Borel Ceyhun Bayramova təşəkkür edib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozef Borel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə rəsmi tviterdə yazıb.

“Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldovaya və Cənub-Şərqi Avropaya qaz tədarükünü genişləndirməyə hazır olmasını alqışlayıram. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında gərginliyi azalda biləcək səyləri dəstəkləyir”- paylaşımda bildirilib.