Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşuk titullarından məhrum edilib.
“İki sahil” xəbər verir ki, bu barədə qərarı Ukrayna Futbol Assosiasiyası verib.
Qurumun Nizam-İntizam Komitəsi Rusiya “Zenit”ində məşqçi kimi çalışan ukraynalının “Pro” lisenziyasını da alıb. 42 yaşlı mütəxəssis dövlət və fəxri adlarını da itirib. O, Ukrayna çempionatı, kuboku və Superkubokunda qazandığı mükafatlardan da məhrum olunub.