10 mart 2022 19:45
669

"Kaspersky" "Formula-1"dən xaric edilib

İtaliyanın "Ferrari" şirkəti Ukrayna hadisələri fonunda Rusiyanın "Kaspersky" şirkətini "Formula-1" yarışlarında "Scuderia Ferrari" komandasına sponsorluq etməkdən kənarlaşdırıb.

“İki sahil” "CNews"a istinadla xəbər verir ki, Rusiya şirkətinin loqosu artıq "Scuderia Ferrari" saytından və onun avtomobillərindən çıxarılıb. Loqonun əvəzinə "#essereFerrari" yazısı yerləşdirilib.

"Ferrari" ilə sponsorluq müqaviləsinin sonda ləğv edilib-edilməməsi məsələsinə gəldikdə, "Kaspersky" nümayəndələri tərəflər arasında tərəfdaşlıq müqaviləsinin müvəqqəti dayandırıldığını bildirib.