10 mart 2022 16:19
630

Poçettino: VAR nə işə yarayır?

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasınını 1/8 finalında “Real”a 1:3 hesabı ilə  uduzduqları cavab oyunu barədə danışıb. 

“İki sahil” xəbər verir ki, 50 yaşlı mütəxəssis matçdan sonra jurnalsitlərə açıqlamasında qarşılaşmanın hakimlərindən narazı qaldığını deyib. O, Madrid təmsilçisinin oyunçusu Kərim Benzemanın 61-ci dəqədə PSJ-nin qapıçısı Canluici Donnarummaya kobudluq edərək qol vurduğunu düşünür: “Mənə maraqlıdır ki, VAR nə işə yarayır. Çünki “Real”ın ilk qolu oyunun taleyini dəyişdirdi. Çoz təəssüf…Biz 60 dəqiqə ərzində rəqibdən daha üstün oynadıq. Amma o qol hər şeyi dəyişdi”. 

Qeyd edək ki, komandalar arasında ilk görüş PSJ-nin minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Lakin Paris təmsilçisi cavab oyununda 1:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.