Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. "Portu" "Lion"u, "Betis" "Ayntraxt"ı qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Avropa Liqası, 1/8 final
İlk oyunlar
9 mart
21:45. "Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya)
21:45. "Portu" (Portuqaliya) - "Lion" (Fransa)
10 mart
21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)
00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Almaniya)
00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)
00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa)
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.