Dünya Badminton Federasiyasının təşkilatçılığı ilə keçirilən “Shuttle Time” proqramı bu dəfə Lənkəranda təşkil olunub.
Şəhər Olimpiya İdman Kompleksində baş tutan məşqlərə 8-10 yaş qrupları üzrə 90 məktəbli qatılıb. Məktəblilərə ilk olaraq badminton idman növünün qaydaları izah olunub, sonra məşqlərə start verilib. Layihənin əsas məqsədi ölkəmizdə badmintonun inkişafına nail olmaq, həmçinin gənclər arasında bu idman növünə maraq yaratmaqdır.
O da məlum olsun ki, bu yarışları Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü