08 mart 2022 17:49
769

PSJ Mbappeyə rekord məbləğdə maaş təklif edib

Fransa PSJ-si Kilian Mbappeni komandada saxlamaq üçün ona fantastik məbləğdə məvacib təklif edib.

“İki sahil” xəbər verir ki, Paris təmsilçisi 24 yaşlı hücumçuya illik 100 milyon avro maaş ödəməyə hazırdır. Bu, dünya futbolu tarixində rekord məbləğdir.

Fransalı forvardla İspaniya "Real Madrid"i yaxından maraqlanır. Hətta "kral klubu"nun Mbappe ilə razılığa gəldiyi iddia olunur.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.