08 mart 2022 15:37
830

Rivaldo məhkəməyə verilib

Özbəkistanın "Bunyodkor" klubu Braziliya millisinin sabiq futbolçusu Rivaldodan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

“İki sahil” xəbər verir ki, buna veteran yarımmüdafiəçinin Daşkənd təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozması səbəb olub. Məsələyə bu il iyunun 8-də baxılacaq.

Qeyd edək ki, 2008-ci ildə "Bunyodkor"la 14 milyon avro dəyərində 2 illik müqavilə imzalayan dünya çempionu 2010-cu ilin mayında sözləşməyə birtərəfli şəkildə xitam verərək, klubu tərk edib.