08 mart 2022 14:52
631

"İnter" İnzagiyə yeni müqavilə təklif edəcək

İtaliya "İnter"i tezliklə baş məşqçisi Simone İnzagi ilə müqavilənin müddətini uzadacaq.

"İki sahil" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, tərəflər arasında imzalanacaq yeni sözləşmə 2024-cü ilin yayınadək nəzərdə tutulub. Anlaşmaya əsasən, komanda uğurlu çıxış edəcəyi halda, müddət sonradan daha 1 il artırıla bilər.

Qeyd edək ki, 2021-ci ilin yayında "İnter"in sükanı arxasına keçən Simone İnzagi 2 illik müqaviləyə imza atıb. Komandanın nəticələri klubun prezidenti Stiven Çjanı razı saldığından, çinli iş adamı 46 yaşlı mütəxəssisə yeni sözləşmə təklif edəcək. Onun İnzagi ilə yaxşı münasibətlərinin olduğu iddia edilir.