06 mart 2022 21:47
715

"Qarabağ" "Qəbələ"ni darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasının 18-ci turuna yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun son qarşılaşmasında "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Matçın 16-cı dəqiqəsində Kadi Borqes meydan sahiblərini hesabda önə çıxarıb. 40-cı dəqiqədə isə İsnik Alimi penaltidən fərqlənərək qonaqların bərabərlik qolunu vurub. 50-ci dəqiqədə fərqlənən “Qarabağ”ın futbolçusu Vadji İbrahima komandasını yenidən hesabda önə çıxarıb 2-1.

Qarşılaşmanın 65-ci dəqiqəsində Kevin Medina hesab arasındakı fərqi 2, 68-ci dəqiqədə fərqlənin Filip Ozobiç isə 3 topa çatdırıb. Matçda son nöqtəni 88-ci dəqiqədə fərqlənən Abdullah Zubir qoyub – 5-1.

Azərbaycan Premyer Liqası

XVIII tur

6 mart (bazar)

19:15. “Qarabağ” 5–1 “Qəbələ”

Qollar: Kadi Borqes, 16 (1:0), İsnik Alimi, 40-pen. (1:1), Vadji İbrahima, 50 (2:1), Kevin Medina, 65 (3:1), Filip Ozobiç, 68 (4:1), Abdullah Zubir, 88 (5:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

“Azersun Arena"