Fevralın 12-də Türkiyənin Antaliya şəhərində keçiriləcək taekvondoçuların ənənəvi “Turkish Open” beynəlxalq turnirə start veriləcək. 49 ölkədən 1250 idmançının qatıldığı bu ənənəvi turun birinci günündə qadınlar, fevralın 13-də isə kişilər qələbə uğrunda mübarizə aparacaqlar. G2 kateqoriyalı turnirdə ölkəmizi 22 kişi və 8 qadın idmançı təmsil edəcək. Onların arasında cənub bölgəsi Masalıdan da idmançılar vardır. Belə ki, kişilərdən ibarət milli komandamızın tərkibində rayonun taekvondoçular – Rahid Vəliyev (54 kiloqram ), Samir Məhərrəmov (68 kiloqram) də yer alıb.
Taekvondo üzrə idman ustası Rahid Vəliyev Avropa çempionatının gümüş medalçısı, beynəlxalq turnirlərin mükafatçısı, Samir Məhərrəmov isə dördqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin mükafatçısıdır. Hər iki taekvondoçu Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayevin yetirməsidir. Mövsümün ilk yarışında Azərbaycan yığma komandasının hər bir üzvünə uğurlar arzulamaqla yazımı tamamlayıram.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü