11 fevral 2022 12:52
710

Poçettino: Ümid edirəm ki, Mbappe bütün karyerasını PSJ-də keçirəcək

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Kilian Mbappenin komandadan mümkün gedişi ilə bağlı fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, argentinalı mütəxəssis "El Larguero"ya açıqlamasında fransalı hücumçunun komandada qalacağına ümid etdiyini deyib: “Ümid edirəm ki, Kilian bütün karyerasını PSJ-də keçirəcək. Bu, klub üçün çox yaxşı olardı. Mənim üçün o, dünyanın ən yaxşı 5 oyunçusundan biridir. Buna heç bir şübhəm yoxdur”.

22 yaşlı hücumçu bu mövsüm Liqa 1-də 21 oyunda 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mbappenin 2022-ci ilin yay transfer pəncərəsində azad agent kimi "Real"a keçəcəyi haqda xəbərlər yayılıb.