11 fevral 2022 12:28
580

Mozeslə 3 illik müqavilə

Moskva "Spartak"ı hücumçusu Viktor Mozeslə müqaviləni uzadıb.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı futbolçunun yeni sözləşməsi 2024-cü ilin yayına qədərdir.

Ötən mövsüm "Çelsi"dən alınan 31 yaşlı futbolçu "Spartak"ın heyətində ümumilikdə 42 oyun keçirib və 6 qol vurub.