10 fevral 2022 17:01
793

"Çelsi"nin futbolçularına peyvənd əngəli

Koronavirusa qarşı peyvənd olunmayan “Çelsi” futbolçuları Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 16-da “Lill”ə qarşı keçiriləcək cavab oyununda iştirak edə bilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilib ki, Fransada qanunvericilik səviyyəsində ölkədə yarışlarda iştirak edən bütün idmançıların koronavirusa qarşı peyvənd edilməsi tələb olunur. 

London təmsilçisində peyvənd olunmayan futbolçuların olduğu bildirilib. Ancaq onların adları açıqlanmayıb.

Daha əvvəl "Çelsi"nin baş məşqçisi Tomas Tuhel peyvəndin hər bir futbolçunun öz seçimi olduğunu bildirib.