10 fevral 2022 11:59
803

Klopp: Salah hələ də finalı düşünür

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Misir millisinin heyətində Afrika Millətlər Kubokunun finalında Seneqala məğlub olan (0:0, penaltilər seriyası - 2:4) hücumçu Məhəmməd Salahın durumundan danışıb.

"İki sahil" "Sky Sports"a istinadən xəbər verir ki, o, klubun 29 yaşlı oyunçusunun məğlubiyyətə görə hələ də çox məyus olduğunu deyib: "Bu, ciddi məğlubiyyətdir. Finalda uduzmaq həmişə çətindir, amma Salah üçün xüsusilə məyusedicidir.

Onunla turnir haqqında danışdıq. Ümid edirəm ki, o, tezliklə yaxşı olacaq. Amma dünən hamı Salahın hələ də final haqqında düşündüyünü gördü”.