Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsevin final mərhələsindəki yekun mövqeyi bəlli olub.
“İki sahil” xəbər verir ki, 21 yaşlı idmançı yarışı 239,19 xalla 18-ci pillədə başa vurub.
Litvintsev sərbəst proqramda 155.04, qısa proqramda 84,15 xala layiq görülüb.