09 fevral 2022 22:14
674

“Nou Kamp” stadionunun adı dəyişir?

İspaniyanın "Barselona" klubu öz stadionunun adını dəyişəcək.

“İki sahil” xəbər verir ki, buna səbəb komandanın "Spotify" şirkəti ilə müqavilə imzalamasıdır. Bundan sonra "Barsa"nın ev oyunlarını keçirdiyi stadion rəsmi olaraq "Nou Kamp Spotify" adlanacaq. Üç illik müqaviləyə əsasən şirkət Kataloniya komandasına 280 milyon avro ödəməlidir.