“Tottenhem” yayda "Atalanta"dan icarəyə götürülən Kristian Romeronun transfer hüquqlarını da alıb.
“İki sahil” xəbər verir ki, bunu London klubunun baş məşqçisi Antonio Konte Britaniya mətbuatına açıqlamasında deyib.
İtaliyalı mütəxəssis 23 yaşlı müdafiəçinin icarə müqaviləsindəki satınalma bəndindən istifadə etdiklərini bildirib.
Xatırladaq ki, "Tottenhem" argentinalı futbolçu üçün "Atalanta"ya 55 milyon avro ödəyib.