09 fevral 2022 15:29
752

Donnarumma Navasla rəqabətindən danışdı

PSJ-nin qapıçısı Canluici Donnaruma komanda yoldaşı, qolkiper Keylor Navasla aralarındakı rəqabətdən danışıb. 

“İki sahil” xəbər verir ki, 22 yaşlı oyunçu "La Gazetta dello Sport"a açıqlamasında deyib: "Keylor Navas ilə heç bir problemim yoxdur. Onunla əla münasibətimiz var. Mən mübarizə aparmağı, yarışmağı xoşlayıram. PSJ üçün əlimdən gələni edəcəyəm". 

Qeyd edək ki, Donnarumma bu mövsüm 10 matçda meydana çıxıb.