09 fevral 2022 11:40
547

Poqba 13 aylıq fasilədən sonra qol vurdu

İngiltərə Premyer Liqasının 24-cü turunda "Bernli" ilə matç "Mançester Yunayted"in futbolçusu Pol Poqba üçün əlamətdar olub. 

“İki sahil” xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandasının qələbə qolunu vurub. Beləliklə, o, 1 il 1 ay sonra yerli çempionatda qol vurmağı bacarıb. 

Poqba son dəfə 2021-ci ilin yanvar ayında "Fulhem"lə oyunda qapıya yol tapıb. 

Qeyd edək ki, "Mançester Yunayted" "Bernli"yə 1:0 hesabı ilə qalib gəlib.